Əsas Səhifə > Şou-biznes > Hacı Ağalar: “Sillə vur, sonra öp”

Hacı Ağalar: “Sillə vur, sonra öp”


29-05-2018, 08:22
Hacı Ağalar: “Sillə vur, sonra öp”
DİA.AZ: - Ukraynanın "X Factor" yarışının keçmiş iştirakçısı və şirin avaz səsi ilə seçilən gənc müğənni və bəstəkar Hacı Ağalar kişi və qadın münasibətlərindən danışıb.

Müğənni illər keçdikcə xasiyyətcə dəyişildiyini DİA.AZ-a etiraf edib: “Güvən olmayan yerdə hüzur olmaz. İnsanlar bir-birinə qarşı inamı artıranda, sevgidə münasibət, etibar anlayışı başqa olur. Hər birimiz zamanla dəyişirik. Mən beş il əvvəlki Hacı deyiləm. Dəyişməyə çalışıram. İnsan buna can atmasa, dar düşüncədə qalsa, həyat maraqsız keçər. Sevgidə insanlar emosiyalarını ikilikdə yaşamalıdırlar. Əsəbiləşirsən, bir sillə vur, sonra öp, bitdi. Bu, kişi və qadının şəxsi işidir. Amma bəziləri var ki, qısqanclığı cəmiyyət içində göstərir. Bu da ifrata varmaqdır”.

Geri qayıt