Əsas Səhifə > Şou-biznes > Aygün Kazımovadan sonra Röya “Crystal Hall” konserti vəd verdi

Aygün Kazımovadan sonra Röya “Crystal Hall” konserti vəd verdi


14-05-2018, 15:08
Aygün Kazımovadan sonra Röya “Crystal Hall” konserti vəd verdi
DİA.AZ: - Əməkdar artist Röya Ayxan gecəsini gündüzünə qatıb, “Crystal Hall”da konsert verməyə hazırlaşır.

DİA.AZ xəbər verir ki, Röya bu haqda “Xəzər maqazin” verilişinə açıqlama verib. Əməkdar artist beynəlxalq səviyyədə konsertini həyata keçirilməsi üçün bütün lazımı vəsaitlər ilə təmin etmək lazım olduğunu deyib:

“Mən stop yerimdə qala bilmərəm, mən daha bahalı olmalıyam. Mən niyə stadiondakı konsertimi saxladım? Çünki orada “Eurovision” keçirilmişdi. Mən “Eurovision”u bağlamalıyam. Səhnədə şou göstərmək gözəldir, amma bunlar hamısı çox böyük pul aparır. Əgər mən heç nə edə bilməyəcəmsə, niyə yalandan ora çıxım”.




Geri qayıt