Əsas Səhifə > Şou-biznes > Niyam Salaminin restoranının açılış tarixi bəlli oldu

Niyam Salaminin restoranının açılış tarixi bəlli oldu


14-05-2018, 08:14
Niyam Salaminin restoranının açılış tarixi bəlli oldu
DİA.AZ: - Xəbər verdiyimiz kimi iki tanınmış müğənni Niyam Salami və həmkarı Samir Piriyev özlərinə yeni restoran açılması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, müğənnilər sahibi olduğu restoranın açılış mərasiminə hazırlaşırlar.

Redaksiyamıza Türkiyənin cənnət məkanı Bodrum ərazisində təmir edilən "Nissa" restoranda son tamamlanma işləri başa çatması ilə bağlı məlumat daxil olub.

"Nissa " restoranı açılış günü üçün tam hazır vəziyyətdədir.

DİA.AZ-a Niyam Salami bildirib ki, restoranın açılışı mayın 15-də keçiriləcək. Mərasimə məşhurlar da qatılacaq.

Restoranın bütün dekorasiya işlərini öz öhdəsinə götürən Niyam Salami Azəbaycan mətbəxini Türkiyədə sevdirmək, tanıtmaq iddiasındadır.

Nəzərinizə çatdıraq ki, həmin restoranda sənətçilər özləri də çıxış edəcəklər.

Geri qayıt