Əsas Səhifə > Şou-biznes > Seyran ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçirəcək

Seyran ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçirəcək


11-05-2018, 08:15
Seyran ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçirəcək
DİA.AZ: - Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Spirit of Caucaus" adlı konsert keçirəcək.

DİA.AZ xəbər verir ki, konsert iyunun 3-də Almaniyanın Köln şəhərində baş tutacaq. Konsertdə "O Səs Türkiyə" müsabiqəsinin qalibi, “Eurovision” təmsilçilərimizdən olan Elnur Hüseynov və Gənc Opera Ulduzu Çinarə Şirin çıxış edəcəklər. Konsertdən sonra dj Kris ilə musiqili əyləncə davam edəcəkdir.

Seyran ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçirəcək
Geri qayıt