Əsas Səhifə > Şou-biznes > Zaranın konsert verəcəyi məkan bəlli oldu

Zaranın konsert verəcəyi məkan bəlli oldu


4-05-2018, 08:16
Zaranın konsert verəcəyi məkan bəlli oldu
DİA.AZ: - Xəbər verdiyimiz kimi, 14 may tarixində rəqqasə Zara "Oriental Show" adlı konsert proqramı ilə çıxış edəcək.

DİA.AZ xəbər verir ki, konsert “Bakı Əyləncə Mərkəzi”ndə baş tutacaq. Rəqqasə Zaranın verdiyi məlumata görə, biletlər artıq satışdadır və qiymətlər 100-150 AZN civarındadır.

Qeyd edək ki, həmin günü konsertdə bir çox ulduzların iştirakı gözlənilir. Bu siyahıda Aygün Kazımova, Röya, Samir Bağırov, Miri Yusif,Rəhim Rəhimli, Sevda Yahyayeva, Nura Suri, Zamiq Hüseynov və başqaların adları var.

Tədbirin aparıcılığını Afaq Gəncəli və Sərxan Kərimoğlu edəcək.

Tədbirin təşkilatçısı “V&V Company"dir.

Geri qayıt