Əsas Səhifə > Şou-biznes > Zara həmin gecə məşhurlarla bir arada olacaq

Zara həmin gecə məşhurlarla bir arada olacaq


2-05-2018, 08:14
Zara həmin gecə məşhurlarla bir arada olacaq
DİA.AZ: - Məclislərə öz gözəl görünüşü və rəqsi ilə təm-təraq gətirən rəqqasə Zara mayın 14-də "Oriental show" adlı konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Bu barədə DİA.AZ-a Zara məlumat verib.

Tədbirdə qeyri-adi əyləncə vəd olunur: “Çox maraqlı və gözəl dekorasiyalar hazırlanıb. Tədbirdə hər şey yüksək səviyyədə olacaq. Tamaşaçılar darıxmayacaq. Konsertdə bir çox ulduzun iştirakı gözlənilir. Bu siyahıda Aygün Kazımova, Röya, Samir Bağırov, Miri Yusif,Rəhim Rəhimli, Sevda Yahyayeva, Nura Suri, Zamiq Hüseynov və başqaların adları var”.

Paytaxtda yerləşən ən prestijli məkanların birində baş tutacaq tədbirin aparıcılığını Afaq Gəncəli və Sərxan Kərimoğlu edəcək.

Tədbirin təşkilatçısı “V&V Company"dir.

Geri qayıt