Əsas Səhifə > Şou-biznes > Günel Moskvada konsert verəcək

Günel Moskvada konsert verəcək


30-04-2018, 09:06
Günel Moskvada konsert verəcək
DİA.AZ: - Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənətçi Günel Zeynalova konsertə hazırlaşır

DİA.AZ xəbər verir ki, bu dəfə ifaçı Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan heyranları ilə görüşəcək.

Konsert "Vegas Crocus City"də təşkil olunacaq.

Konsert boyu müğənni yeni mahnıları ilə yanaşı, dillər əzbəri olan hit mahnıılarını sevənləri üçün səsləndirəcək.

Günelin solo konserti 2018-ci il may ayının 26-ı keçiriləcək.

Qeyd edək ki, konsertin təşkilatçısı “Sultansoy Production” və "Star World Media"dır.

Geri qayıt