Əsas Səhifə > Şou-biznes > Taclı Farizdən iddialı klip

Taclı Farizdən iddialı klip


28-04-2018, 10:01
Taclı Farizdən iddialı klip
DİA.AZ: - “5-ci element” proqramının eks-aparıcısı, aktyor və yaraşıqlı model Fariz İlyasov yeni klipinin tizerini və fotosessiyasını təqdim edib.

Taclı Farizdən iddialı klip

DİA.AZ xəbər verir ki, başına tac qoyub kameralar qarşısına keçən yaraşıqlı model, saytımıza açıqlamasında, maraqlı addımına belə şərh verdi:

"Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Və deyərdim ki, bu, məndə alınır. Başımda tacla şəkil çəkdirmək istəyim öz ideyam oldu. Dizayner dostum İbo bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarı mənim üçün hazırladı. Fotoqraf Ruslan Məmmədovla birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında prodüserim dj Kazım Sübhanın da zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım cəsarətli obrazı gözəl qarşılayacaqlar".

Taclı Farizdən iddialı klip

"Görüntülərdən bu qənaətə gəlmək olar ki, Azərbaycan şou-biznesinin taclı kişi modeli bundan sonra Fariz olacaq" sualına model özünəməxsus şəkildə cavab verdi: "Özüm-özümü tərifləmək istəmirəm. Amma, həqiqətən, Fariz olaraq həmişə seçilmişəm. Məncə, bu tac məndən başqa heç bir kişi modelinə yaraşmaz. Və inanmıram ki, kimsə bu ideyamı təkrarlayıb başına tac qoyar".

Taclı Farizdən iddialı klip

Onu da qeyd edək ki, yaraşıqlı model indi də özünü müğənni kimi sınayacaq. Belə ki, yarıçılpaq taclı obrazı canlandıran Fariz eyni zamanda yeni işinin təqdimatına hazırlaşır. Klip Farizin heç yerdə yayımlanmayan "Bədənim yansın" adlı mahnısına çəkilib.

Taclı Farizdən iddialı klip





Geri qayıt