Əsas Səhifə > Şou-biznes > İnstagram Miri Yusifi rəsmən tanıdı

İnstagram Miri Yusifi rəsmən tanıdı


23-04-2018, 08:32
İnstagram Miri Yusifi rəsmən tanıdı
DİA.AZ: - Tanınmış müğənni Miri Yusifin İnstagram-daki səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.

DİA.AZ xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsi olan İnstaqram sahibləri M.Yusifin 230 min izləyicisi olan hesabında simvolik mavi işarələrini qoyublar. Bununla da sözügedən şəbəkə adminləri Mirini rəsmən tanıdıqlarını təsdiqlədilər.

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinim "fake", yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür. Bu günə kimi yerli sənətçilər arasında xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, rəqqasə Oksana Rəsulova, müğənnilər Günay İbrahimli, İlhamə Qasımova, Sevda Yahyayeva, Nuri Sərinləndirici, Günel Zeynalova, dizayner Rüfət İsmayıl, Safurə Əliyeva və stilist Anar Ağakişiyev İnstagram tərəfindən rəsmən tanınıb.

İnstagram Miri Yusifi rəsmən tanıdı

Geri qayıt