Əsas Səhifə > Şou-biznes > Renka ilə Sultandan möhtəşəm Moskva şousu

Renka ilə Sultandan möhtəşəm Moskva şousu


16-04-2018, 08:16
Renka ilə Sultandan möhtəşəm Moskva şousu
DİA.AZ: - Tanınmış rəqqasə Renka aprelin 21-də Moskvanın "Ostakino" konsert zalında konsert verəcək Rusiyada yaşayan həmyerlimiz müğənni Sultan Meşədiyevla eyni səhnəni bölüşəcək. Bu barədə DİA.AZ-a rəqqasənin mətbuat katibi məlumat verib.

Sultanla eyni səhnəni bölüşəcək Renka təəssüratlarını dilə gətirib: “İmici ilə fərqlilik yaradan Sultan bu konsertdə təəccübləndirə biləcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. İmicim artıq müəyyən olunub. Amma bunu indi açıqlamayıb, konsert günü üzərimdə göstərəcəm. Sultan səsini dinləyib, bəyəndiyim ifaçıdır. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm”.

Qeyd edək ki, Renka, Sultanın "Красавица востока" (Şərqin gözəli) klipində baş rola çəkilib.


Geri qayıt