Əsas Səhifə > Şou-biznes > "Uzun fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim"

"Uzun fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim"


22-03-2018, 14:35
"Uzun fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim"
DİA.AZ: - Azərbaycanlı müğənni Türkan Heydərova yaradıcılığındakı yeniliyi təqdim edib.

DİA.AZ-a açıqlama verən ifaçı bildirib ki, sözləri, musiqisi Samir Vidaya məxsus “Gecələr Bakıda” adlı bəstəni lentə alıb:

- Uzun fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim. Xeyli vaxt idi ki, yaz mövsümünə uyğun olan ritmik mahnı istəyirdim. Çox sağ olsun dostum Samir Vida mənim bu istəyimi nəzərə alıb, “Gecələr Bakıda” adlı mahnını yazdı. Mahnının seviləcəyinə inanıram”.

Qeyd edək ki, T.Heydərova “Yeni ulduz-6” telelayihəsinin iştirakçısı, bundan başqa “Lider” TV-də yayımlanan “Maqazin” verilişinin aparıcısı olub.




Geri qayıt