Əsas Səhifə > Şou-biznes > Samir Bağırov keçmiş sevgilisinə mahnı həsr etdi

Samir Bağırov keçmiş sevgilisinə mahnı həsr etdi


30-01-2018, 09:05
Samir Bağırov keçmiş sevgilisinə mahnı həsr etdi
DİA.AZ: - İllər sonra səhnəyə geri dönməyə qərar verən müğənni Samir Bağırov keçmiş sevgilisinə mahnı həsr edib.

DİA.AZ xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan "V element" verilişində etiraf edib.

"Yeni mahnımı keçmiş sevdiyimə həsr etmişəm. Bu o demək deyil ki, sevginin əleyhinəyəm. Hesab edirəm ki, sevgi bu həyatı idarə edir. Amma mən bir insanın digər insana sevgisini nəzərdə tutmuram. Ümumi sevgidən danışıram, qlobal mənada".

Geri qayıt