Əsas Səhifə > Şou-biznes > "Zeynəb Dostəliyeva mənə dəli deməklə özünü reklam edir"
"Zeynəb Dostəliyeva mənə dəli deməklə özünü reklam edir"25-01-2018, 08:47 |
DİA.AZ: - 2014-cü ildə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə 3 il müddətinə həbs olunan və bugünlərdə azadlığa buraxılan müğənni Maral Tahirqızından xəbər var. DİA.AZ bildirir ki, bu barədə açıqlama verən ifaçı “İnstagram”da populyarlaşmağından söz açıb. Deyib ki, zamanın nəbzini tutmaq lazımdır. Ona görə də indi albom buraxmaq əvəzinə sosial şəbəkədə canlı yayımlar edir: “Albom buraxmağa indi bir o qədər də ehtiyac yoxdur. İndi təlabat dəyişib. İnsanlar daha çox internetə maraq göstərirlər”. Maral Tahirqızı müğənni Zeynəb Dostaliyevanın ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində onun haqqında söylədiyi “Maral Tahirqızının yeri dəlixanadır, səhnə deyil. Onun başı çatmır. Elə oxumaq olar?! Nə geyimini bilir, nə danışığını, nə də ki, oturuşunu… Onu necə müğənni adlandırmaq olar? Əgər o, müğənnidirsə, mən müğənniliyin daşını atıram” deməsinə də münasibət bildirib: “Zeynəb Dostəliyeva mənə dəli deməklə özünü reklam edir. Elə edir ki, insanlarda maraq doğursun. Bununla gündəmə gəlmək istəyir. Kimin daha çox gündəmdə olduğunu isə deyə bilmərəm. Mən elə adamlara baş qoşmaq istəmirəm. Mərifəti, mədəniyyəti olan, özü də mədəniyyət sahəsində işləyən adam öz etikasına çox ciddi fikir verməlidir. Etik qaydalara riayiət etməlidir. Nə deyir, özü bilər. Qoy onu xalq qiymətləndirsin, mən niyə qiymətləndirim?! Bu efirdir, ədəb-ərkanı pozmaq olmaz. İnsanlara hörmətlə yanaşmalıdır. Özünə hörmət etməlidir”. Müğənni daha sonra “Mən sənətə yeni gəlmişəm. Zamanla çox məşhurlaşacağam. Bilmək olmaz, bəlkə də Azərbaycanda ən populyar müğənni mən oldum”, - deyib. “Hazırda Azərbaycanın ən populyar müğənnisi Röya Ayxanla duet oxumaq istərdinizmi?” sualına Maral Tahirqızı gülərək, həm də təəccüblə “Xanımla xanım duet oxumaz” cavabını verib. Geri qayıt |