Əsas Səhifə > Şou-biznes > "STOP" qrupu sevgililər üçün yeni mahnı təqdim edəcək

"STOP" qrupu sevgililər üçün yeni mahnı təqdim edəcək


19-01-2018, 08:26
"STOP"  qrupu sevgililər üçün yeni mahnı  təqdim edəcək
DİA.AZ: - "Aşiqəm" adlı çıxış mahnısı ilə yerli şou-biznesdə ulduzu parlayan "STOP" qrupu Sevgililər Günü üçün yazdığı yeni mahnısını təqdim edəcək.

Yeni mahnı haqda DİA.AZ-a açıqlama verən Azərbaycanın əsas prodüseri və qrupun rəhbəri Mədinə Məlik bu mahnının qrupun repertuarında önəmli yer tutacağını bildirib:

" Sevgililər gününə özəl sürpriz yoldadır. Səbirsizliklə gözlədiyimiz mahnını tezliklə, sizin ixtiyarınıza verəcəyik. Yeni mahnı "STOP" qrupun repertuarında xüsusi yer tutacağına əminəm. Çünki bu mahnını ruhla, ürəylə oxuyublar. "Aşiqəm" mahnısı kimi həvəslə səsləndiriblər".

Geri qayıt