Əsas Səhifə > Şou-biznes > "Bu şənliklər bizim üçün ənənəvi xarakter daşıyır"

"Bu şənliklər bizim üçün ənənəvi xarakter daşıyır"


2-01-2018, 11:04
"Bu şənliklər bizim üçün ənənəvi xarakter daşıyır"
DİA.AZ: - Dekabrın 23-dən etibarən Akademik Milli Dram Teatrında uşaqlar üçün Yeni il şənlikləri təşkil olunur. DİA.AZ-ın məlumatına görə, Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, həmişə olduğu kimi bu il də yeni il şənliklərinə tamaşaçılar böyük maraqla gəlirlər:

“Bu şənliklər bizim üçün ənənəvi xarakter daşıyır. Bu il yeni il şənliklərində uşaqlar üçün “Rəqs edən pinqvinlər” tamaşası nümayiş etdirilir. Azyaşlı tamaşaçılar tamaşanı maraqla qarşılayırlar. Ümumilikdə isə bu il şənliklərə maraq daha yüksəkdir”.

Geri qayıt