Əsas Səhifə > Şou-biznes > "Azərbaycan Gözəli-2018"-in ikinci seçim turunun tarixi məlum oldu

"Azərbaycan Gözəli-2018"-in ikinci seçim turunun tarixi məlum oldu


21-12-2017, 08:23
"Azərbaycan Gözəli-2018"-in ikinci seçim turunun tarixi məlum oldu
DİA.AZ: - "Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli-2018"-in 2-ci seçim turunun tarixi məlum olub.

Təşkilatçılardan DİA.AZ-a verilən məlumata görə müsabiqəyə yeni qatılmaq istəyən xanımların xahişi ilə təşkilat komitəsi yarışma üçün ikinci seçim turunun təşkil olunmasına qərar verib. Belə ki, yaşı 16-35 arası olan Azərbaycan xanımları buyurub qeydiyyat üçün müraciət edərək 2-ci seçim turunda iştirak edə bilərlər.
Qeydiyyatdan keçməyən xanımlar seçim turunda iştirak edə bilməyəcək.
23 dekabr son qeydiyyat günüdür.
Elaqe: +994 559828012 @showproduction
Seçim turunun keçiriləcəyi tarix : 27 dekabr 2017-ci il, saat 14:00.
Ünvan: Car Club Baku @car_club_baki @car_club_shisha ( Ataturk prospekti 213 219, Ayna Sultanova heykəlinin arxası)

Geri qayıt