Əsas Səhifə > Şou-biznes > Türkan Heydərova yeni ili kimlərlə və harada qarşılayacaq?

Türkan Heydərova yeni ili kimlərlə və harada qarşılayacaq?


19-12-2017, 08:28
Türkan Heydərova yeni ili kimlərlə və harada qarşılayacaq?
DİA.AZ: - Azərbaycanlı müğənni Türkan Heydərova yeni ili bölgələrimizdən birində qarşılayacaq.

DİA.AZ xəbər verir ki, Türkan Heydərova ifaçılar Səbinə Babayeva, Xəyal Rzazadə, Lalə və Nurkan Cütlüyü ilə birlikdə 31 dekabr tarixində Qəbələdə konsert proqramı ilə çıxış edəcək.

İlin son gününü səhnədə keçirəcək şou-biz nümayəndələrinin konserti “Qafqaz Resort Hotel”də baş tutacaq.

Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov Qəbələdə həyata keçiriıən silsilə mədəniyyət tədbirlərin regionun və bilavasitə Qəbələnin mədəni həyatında mühüm hədisə olduğunu və bu ənənənin illərboyu daha da inkişaf etdirilərək davam edəcəyini vurğulamışdır. Onun sözlərinə görə yeni il ərəfəsində Qəbələdə istirahət edəcək yüzlərlə yerli və xarici qonaqlar bu musiqi tədbirlərindən mənəvi zövq alacaqlar.

Daha ətraflı məlumat üçün: 012 404 31 88
[email protected]
www.qafqazhotels.com
050 290 05 20


Türkan Heydərova yeni ili kimlərlə və harada qarşılayacaq?
Türkan Heydərova yeni ili kimlərlə və harada qarşılayacaq?
Geri qayıt