Əsas Səhifə > Şou-biznes > Nura Surinin oğlu növbəti uğura imza atıb

Nura Surinin oğlu növbəti uğura imza atıb


18-12-2017, 08:51
Nura Surinin oğlu növbəti uğura imza atıb
DİA.AZ: - Müğənni Nura Surinin oğlu David növbəti uğura imza atıb.

DİA.AZ xəbər verir ki, anasının və ailəsinin üzünü güldürən evin sonbeşiyi Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin təşkil etdiyi 8-9 yaşlı uşaqlar arasında keçirilən ciu-citsu yarışlarında 34 kq çəki dərəcəsində yarışıb. David döyüşlərdə bütün rəqiblərinə qalib gələrək yarışın sonunda birinci yerə layiq görülüb. Xatırladaq ki, Nura Suri uzun müddət boks idman növü ilə məşğul olub. Müğənninin böyük oğlu peşəkar futbol və qaydasız döyüşlə, ortancıl oğlu isə ciu-citsu məşğul olur. David də ortancıl qardaşının izindən gedərək bu idman növünə maraq salıb. O da qardaşları kimi bir neçə idman yarışının qalibi və bir çox medalın sahibidir. 9 yaşlı David ciu-cutsi üzrə isə dörd dəfə qalib olub.





Nura Surinin oğlu növbəti uğura imza atıb
Nura Surinin oğlu növbəti uğura imza atıb
Nura Surinin oğlu növbəti uğura imza atıb

Geri qayıt