Əsas Səhifə > Şou-biznes > Mədinə Məlik yeni il gecəsini hansı ulduzlarla qarşılayacaq?

Mədinə Məlik yeni il gecəsini hansı ulduzlarla qarşılayacaq?


4-12-2017, 09:01
Mədinə Məlik yeni il gecəsini  hansı ulduzlarla qarşılayacaq?
DİA.AZ: - Adı ilə bağlı olan bütün layihələrdə uğur qazanan azərbaycanın əsas prodüseri Mədinə Məlik Qusar rayonu Firuddin Həsrətov 72 küçəsində yerləşən "Ladera Resort" ailəvi istirahət mərkəzində yeni il gecəsini azərbaycanın məşhur simaları ilə birlikdə qeyd edəcək.

DİA.AZ xəbər verir ki, prodüser dekabrın 31-i "Ladera Resort"da səhnəni reper Qurd, müğənni Ceyhun Zeynalov (Cin), "Stop" qrupu, meyxanaçı Nadir Qorxmazov və dj Nano ilə bölüşəcək.

Sürprizlərdən bol olacaq yeni il gecəsi barəsində ətraflı danışmaq istəmirik. Bircə onu vurğulaya bilərik ki, qlamur prodüser Mədinə Məlikin aparıcılığı ilə yaddaqalacaq gecə çox fərqli şəkildə bəzədiləcək.

Qlamur prodüser Mədinə Məlik həmçinin özəl imici və geyimləri ilə də sevənlərini heyrətləndirəcək.

Mədinə Məlik yeni il gecəsini  hansı ulduzlarla qarşılayacaq?

Geri qayıt