Əsas Səhifə > Şou-biznes > Elvinin səbirsizliklə gözlənilən klipi

Elvinin səbirsizliklə gözlənilən klipi


4-12-2017, 08:36
Elvinin səbirsizliklə gözlənilən klipi
DİA.AZ: - DİA.AZ xəbər verir ki, son iki ayda "Düşün məni" mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə yeni klipini ictimaiyyətə təqdim edib. Sevgidən bəhs edən ekran əsərinin rejissoru Dr. Nicat Zeynallıdır.

Elvin bildirib ki, onun yeni klipi fərqlənir.

“Dr. Nicat Zeynallının işindən razıyam. Ekran işində işıq Murad Məmmədov, operator isə Vasif İbrahimovdur.
Mahnının söz və musiqisi Elməddin Səfərliylə bu artıq ikinci işimizdir. İlk dəfə o mənim üçün “Düşün məni" mahnısını təqdim edib.İnanıram ki, klip dinləyicilərim tərəfindən bəyəniləcək”, - müğənni qeyd edib.

Qeyd edək ki, "Gəl" adlanan mahnının aranjimanı Rübail Əzimova məxsusdur.




Geri qayıt