Əsas Səhifə > Şou-biznes > Aygün Kazımovanın ayağı peyinə batdı

Aygün Kazımovanın ayağı peyinə batdı


2-12-2017, 09:46
Aygün Kazımovanın ayağı peyinə batdı
DİA.AZ: - Xalq artisti Aygün Kazımova “Cücələrim” adlanan mahnının klip çəkilişləri zamanı ayağı peyinə batıb.

DİA.AZ-ın məlumatına görə, "Klip+" verilişində bildirilib ki, həftənin səs - küylü layihəsi olan "Cücələrim" üçün fotoqraf Orxan Aslanovun kamerası önünə keçən xanım Kazımovanın başına iş gəlib.

Toyuq hininə girən divanın ayağı, sen demə peyinə batıb. Amma bu heç də xalq artistimizin kefini pozmayıb.

"Xoruzu mənə gətirin. Mən xoruzları çox sevirəm. Xoruzlar çox şirin" söyləyən xalq artistimiz çəkilişə davam deyib.

Qeyd edək ki, “Cücələrim” mahnısının musiqisi Qənbər Hüseynliyə, sözləri isə Tofiq Mütəllibova aiddir.




Geri qayıt