Əsas Səhifə > Şou-biznes > Sultan Röyanın Moskvadakı konsertin aparıcısı olacaq

Sultan Röyanın Moskvadakı konsertin aparıcısı olacaq


8-11-2017, 16:01
Sultan  Röyanın Moskvadakı konsertin aparıcısı olacaq
DİA.AZ: - Moskvada keçirilməsi gözlənilən ən möhtəşəm konsertlərdən birinin aparıcısının adı məlum olub.

DİA.AZ xəbər verir ki, Azərbaycanın əməkdar artisti Röya Ayxan dekabrın 7-də Mokskvanın ən böyük konsert zalında – Vegas City Hall-da çıxış edəcək. Azərbaycan ulduzunun konserti “Az Studia”nın dəstəyi ilə keçiriləcək.

Bu gözəl şounun təşkilatçıları konsertin ən intriqa yaradan sirrini açıqlayıblar – Super ulduz Röyanın Moskvadakı konsertinin aparıcısının adı artıq bəllidir. Bu sima şərq musiqisinin şahzadəsi Sultandır.

Sultan bu qeyri-adi şounu idarə edəcək. Tamaşaçıları həmçinin konsert əsnasında təqdim ediləcək digər müxtəlif sürprizlər də gözləyir. Bu tədbir yaxşı musiqini sevən dinləyicilər üçün ilin ən əlamətdar və əyləncəli şoularından biri kimi yadda qalacaq.

Sultan  Röyanın Moskvadakı konsertin aparıcısı olacaq

Geri qayıt