Əsas Səhifə > Şou-biznes > Heyvanlara dəstək olan Renkadan yeni fotolar

Heyvanlara dəstək olan Renkadan yeni fotolar


6-11-2017, 08:43
Heyvanlara dəstək olan Renkadan yeni fotolar
DİA.AZ: - Tanınmış rəqqasə Renka "Məhəbbətə hə, zülmə yox" layihəsi çərçivəsində küçə heyvanlarına dəstək vermək məqsədi ilə yeni fotolar çəkdirib.

DİA.AZ-ın məlumatına görə, rəqqasə, tanınmış fotoqraf Orxan Rəhmanlının fotokamerası qarşısına keçərək, övladları, bacısı və ev heyvanları ilə birgə pozalar verib. Pozitiv əhval-ruhiyəli şəkillər ərsəyə gətirən Renka heyvanlara dəstəkdən söhbət açıb: “Son dövrlər qarşıma heyvanlara zülm edən insanların çəkdiyi videolar çıxır. Sizə bir söz deyim. Biz heyvanlara qarşı münasibəti öz övladlarımıza, yaxınlarımıza kiçik yaşlarından öyrətməliyik. Onlar heyvanları sevdikdən sonra böyüyəndə insanları da sevəcək, nəvaziş göstərəcək. Sevgi elə burdan başlayır, mərhəmət belə aşılanır. Zülmü verən insanlara qarşı etiraz etməliyik. Həm də küçə heyvanlarına özümüz də diqqət yetirməliyik. İnanın, insan yaxşılıq edən zaman çox rahat olur, elə bil ki, üzərindəki ağırlıq götürülür. Sözümün canı odu ki, yaxşılıq etməkdən çəkinməyin. "Həyat bumeranqdır" məsəlini də unutmayın".

Qeyd edək ki, layihə heyvanların qorunmasına və hüquqlarının tapdalanmamasına həsr olunub.

Heyvanlara dəstək olan Renkadan yeni fotolar
Heyvanlara dəstək olan Renkadan yeni fotolar
Heyvanlara dəstək olan Renkadan yeni fotolar

Geri qayıt