Əsas Səhifə > Şou-biznes > Renka qısa saçlarına "əlvida" dedi

Renka qısa saçlarına "əlvida" dedi


31-10-2017, 08:46
Renka qısa saçlarına "əlvida" dedi
DİA.AZ: - Tez-tez fərqli imicdə görməyə alışdığımız rəqqasə Renka saçlarını uzadıb.

Rəqqasə saç düzümünü əhvalına uyğun olaraq dəyişdiyini DİA.AZ-a bildirib: "Bu, insanın əhval-ruhiyyəsindən asılıdır. Mən uzun, qısa, buruq, düz formanı əhvalıma uyğun edirəm. Əlbəttə ki, üz quruluşuma və geyimimə uyğun gəlməsinə də fikir verirəm. Hər bir qadın dəyişikliyi sevir, eləcə də mən. Saçlarımı qısaltmışdım. Amma bu o demək deyil ki, qısa saçla da qalacağdım. Bu gün yenidən əvvəlki görünüşümə döndüm”.

Geri qayıt