Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova susqunluğu nə ilə pozacaq?

Aygün Kazımova susqunluğu nə ilə pozacaq?


23-10-2017, 08:38
Aygün Kazımova susqunluğu nə ilə pozacaq?
DİA.AZ: - Xalq artisti Aygün Kazımova sənətində yaratdığı kiçik fasiləni yeni layihələrlə pozacaq.

Bu barədə DİA.AZ-a müğənninin prodüseri Şahin Qurbanov məlumat verib. O, bildirib ki, A.Kazımova tezliklə yeni layihələr təqdim edəcək:
"Aygün Kazımovanın dinləyici kütləsi genişdir. Yeni mahnılar Aygün Kazımovanın ifasında eşidiləcək. Maraqlı layihələr olacaq. Noyabrda olacaq "Daf Bama" mərasimi üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Hazırda müğənninin heç istirahətə vaxtı yoxdur".

Geri qayıt