Əsas Səhifə > Şou-biznes > Aygünün mahnısı Yunan qrupun repertuarında

Aygünün mahnısı Yunan qrupun repertuarında


19-10-2017, 09:34
Aygünün  mahnısı  Yunan qrupun  repertuarında
DİA.AZ: - Yunanıstanda fəaliyyət göstərən “Avangard Band” qrupu Azərbaycan mahnısını repertuarına daxil edib.

DİA.AZ xəbər verir ki, “Avangard Band” qrupu musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna məxsus “Səndən nigaranam” mahnısını rus dilində ifa edib və hətta sözügedən mahnıya klip çəkiblər.

Qeyd edək ki, “Səndən nigaranam” mahnısını xalq artisti Aygün Kazımova oxusa da, daha sonra bir sıra müğənnilər məhz bu mahnını oxumağa üstünlük vermişdilər.Onların arasında Aygün Hümbətova, Ayan Babakişiyeva və özbəkistanlı Nəsibə Abdullayeva da var.


Geri qayıt