Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü


10-10-2017, 16:48
Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü
DİA.AZ: - Müğənni Pərviz Tahirin avtomobil qəzası keçirilməsi xəbəri yayılıb.

DİA.AZ-ın əməkdaşı bununla bağlı müğənni ilə əlaqə saxlayıb.

O, yazılanları şaiyə adlandırıb:

“ Ölüm xəbərimi yaymaq nə qədər düzgündür? Səhərdən telefonum dayanmır. Zəng edib deyirlər ki, “Pərviz, belə bir xəbər eşitmişik”. Amma başa düşə bilmirəm ki, barəmdə bu cür şaiyə yaymaqla nə əldə etmək istəyirlər. Çox stress keçirdim. Həmin adamlara demək istəyirəm ki, “Ayıb olsun”. Kim mənə nə arzu edirsə, Allah özlərinə nəsib etsin”.

Geri qayıt