Əsas Səhifə > Şou-biznes > Röya Ayxan "Ən yaxşı pop qadın müğənnisi" ola bilər

Röya Ayxan "Ən yaxşı pop qadın müğənnisi" ola bilər


9-10-2017, 08:42
Röya Ayxan "Ən yaxşı pop qadın müğənnisi" ola bilər
DİA.AZ: - Əməkdar artist Röya Ayxan “Altın Kelebek”in namizədləri sırasına daxil olub.

DİA.AZ-ın məlumata görə, Röya burada “Ən yaxşı pop qadın müğənnisi” nominasiyası uğrunda mübarizə aparacaq. İndiyədək bu nominasiyalara türkiyənin məşhur simaları Gülşen, Hande Yener, Hadise, Demet Akalın və başqaları sahib olub. Namizədlər arasında türk estradasının tanınmış qadın müğənniləri Ajda Pekkan, Burcu Güneş, Gülşen, Gülben Ergen, Hande Yener, Hadise, Sezen Aksu, Serteb Erener, Nilüfer və başqaları da yer alıb.

Qeyd edək ki, 44-cüsü keçiriləcək “Altın Kelebek Türkiyə musiqi mükafatları”nda səsvermə dekabrın 10-na kimi davam edəcək.

R.Ayxana səs vermək üçün https://www.pantenealtinkelebekodulleri.com/OyVer bu linkə daxil ola bilərsiniz.

Röya Ayxan "Ən yaxşı pop qadın müğənnisi" ola bilər

Geri qayıt