Əsas Səhifə > Şou-biznes > Röyanın tanınmış prodüserlə fotoları yayıldı

Röyanın tanınmış prodüserlə fotoları yayıldı


4-10-2017, 08:42
Röyanın tanınmış prodüserlə fotoları yayıldı
DİA.AZ: - Əməkdar artisti Röya Ayxan bir neçə gün öncə Türkiyəyə yola düşüb.

DİA.AZ-ın məlumatına görə, müğənninin səfərinin məqsədi müqavilə imzaladığı "Poll Production" şirkəti ilə yeni layihələrini gerçəkləşdirməkdir.

Bununla bağlı Röya ötən gün şirkətin rəhbərlərindən olan məşhur prodüser Polat Yağcı ilə bir araya gəlib. İclas zamanı tərəflər fotolarını sosial şəbəkədə paylaşıblar. Əməkdar artisti “Yumruğunu vurdusa edər bizim boss” sözlərini şəkillərə əlavə edib.

Qeyd edək ki, əməkdar artisti ilk dəfə Türkiyədə "DMC" musiqi şirkəti ilə işbirliyinə başlayıb. Amma az vaxt keçmədən müğənni bu şirkətlə işbirliyinə son qoyaraq, "Poll production"la çalışmağa başlayıb.

Röyanın tanınmış prodüserlə fotoları yayıldı
Röyanın tanınmış prodüserlə fotoları yayıldı

Geri qayıt