Əsas Səhifə > Şou-biznes > Elvin Burcu Güneşi, Funda Ararı geridə qoydu

Elvin Burcu Güneşi, Funda Ararı geridə qoydu


30-09-2017, 09:55
Elvin Burcu Güneşi, Funda Ararı geridə qoydu
DİA.AZ: - Azərbaycanlı müğənni Elvin Mirzəzadə növbəti rekorda imza atıb.

DİA.AZ xəbər verir ki, müğənninin "Düşün məni" adlı mahnısı YouTube-da 1 ay 10 gün ərzində 6 milyondan artıq insan izləyib. Elvin qısa müddətdə Burcu Güneş, Funda Arar və Tuğba Özerk kimi məşhur ifaçıları geridə qoyub. Onun mahnısı digər türk ifaçılarından sonra internet istifadəçilərinin ixtiyarına buraxılsa da, türk həmkarları onu üstələyə bilməyiblər.

Qeyd edək ki, "Düşün Məni" adlanan mahnının söz və musiqisi Elməddin Səfərliyə, aranjimanı Rubail Əzimova məxsusdur.


Geri qayıt