Əsas Səhifə > Şou-biznes > Səadət Abdullayeva: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır”

Səadət Abdullayeva: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır”


16-09-2017, 07:58
Səadət Abdullayeva: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır”
DİA.AZ: - DİA.AZ UlduzumSanAz-ın rəssam və dizayner Səadət Abdullayeva ilə müsahibəsini təqdim edir:

- Səadət Abdullayeva kimdir? Bir az özünüz haqqında Ulduzumsan.AZ oxucularına bəhs edərdiniz...
- Səadət Abdullayeva çoxlu ideyaları olan xanımdır.

- Səadət xanım, rəsm məşğuliyyətiniz necə başladı? Ailənizdə rəssam vardımı?
- Gəlin belə başlayaq: mən istedadlı və yaradıcılı ailəsində doğulmuşam. Mənim yaradıcı qabiliyyətlərim erkən yaşda özünü göstərməyə başlamışdı. Təqribən 5 yaşım olanda, mən rəssamlıqda ilk addımlarımı atmağa başlamışdım. Mənim istedadımı görən sinif rəhbərim valdeynlərimə uşaqlarının gələcəkdə rəssam olacağını demişdi (gülür). Məncə, pedaqoq o zaman əlamətləri görmüşdü, axı mütəxəssislərdə yaxşı göz olur.

- Gələcək planlarınız haqqında Ulduzumsan.AZ oxucularını da məlumatlandırardınız...
- Gələcək planlarımın əsasında çox işləmək durur və ən böyük arzum vətəni dünyaya "çıxarmaq" istəyirəm.

- Səadət Abdullayeva adını brendə çevirməyi düşünürsünüz?
- Əlbəttə, Necə deyərlər, bu, babamın arzusu idi ki, memar - dizayner brendi olum.

- Bizim oxucular sizin yaradıcılığınızla harda tanış ola bilərlər?
- Mənim "İnstagram”dakı səhifəmdən.

- Və sonda, Sizcə, dizayner üçün ən əhəmiyyətli bacarıq hansıdır.
- Öz əlləriylə yaratmaq bacarığı. Dizayner rəsm çəkməyi, yapmağı, toxumağı, birləşdirməyi və rəngləməyi bacarmalıdır... Yalnız bundan sonra usta özünü dizayner adlandıra bilər.

- Səadət xanım, maraqlı söhbətə görə təşəkkür edirik. Sizə yaradıcı uğurlar və niyyətlərinin gerçəkləşməsini arzulayırıq.
- Təşəkkür!

Səadət Abdullayeva: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır”

Geri qayıt