Əsas Səhifə > Şou-biznes > "Model-biznesdə Suzanlaşma gedir!"

"Model-biznesdə Suzanlaşma gedir!"


16-09-2017, 07:54
"Model-biznesdə Suzanlaşma gedir!"
DİA.AZ: - Bu iddialı açıqlama haqda hələ çox danışılacaq.

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev yerli model -bizneslə bağlı iddialı açıqlama verib.

DİA.AZ saytına açıqlamasında bəzi modellərin özlərini "Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzana bənzətməsindən danışıb.
"Model və aktrisa Suzanın stilini çox bəyənirəm. Bəzi modellər Suzanı təkrarlayırlar. Model - biznesdə Suzanlaşma gedir. Deyirlər ki, bu qədər uğur qazanır, yəqin, biz də onu təkrarlasaq, məşhurlaşarıq. Çox gülməli görünürlər. Amma başa düşmürlər ki, Suzan ilk gündən özü olmağa çalışıb. O seçilir və fərqlənir. Onu sevdirən də elə bu fərqliliyidir. Çalışın siz də heç kimi "kopiyalamayın", özünüz olun” - deyə PR menecer bəzi modellərə müraciət edib.

Qeyd edək ki, model və aktrisa Suzan müğənni Ceyhun Əliyevin "10suz" adlı mahnısına çəkdirdiyi yeni klipində tərəf müqabili olub.


Geri qayıt