Əsas Səhifə > Şou-biznes > Mədinə Məlik yeni mahnı təqdim edəcək

Mədinə Məlik yeni mahnı təqdim edəcək


11-09-2017, 12:43
Mədinə Məlik yeni mahnı təqdim edəcək
DİA.AZ: - “İnanmıram ki, nə vaxtsa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq olar”

Azərbaycanın əsas prodüseri və “Kristal” qrupun rəhbəri Mədinə Məlik sevgidən bəhs edən “Randevu” mahnısını təqdim edəcək.

Prodüserin DİA.AZ-ya verdiyi məlumata görə, mahnının sözləri Ruslan Karslıya aiddir.

Ərsəyə gələn iş haqda danışan prodüser mahnının mövzusundan bəhs edib: “Amma bu artıq əzab çəkən ürək deyil, əksinə itirilmiş sevginin həsrəti ilə yaşamış ürəkdir. Bu mahnı yuxusuz gecələr və qarşılıqsız sevginin göz yaşlarından bəhs edir.. Fikirləşirəm ki, yaralı könül, parçalanan ürək hissi çoxlarına tanışdır. Və uzun müddətli təklik düşüncələri içində öz-özünə təsəlli axtararaq sadəcə bunu qışqırmaq istəyirsən: Sənə xoşbəxtlik arzulayıram! Qoy həyatında hər şey çox uğurlu alınsın! Sən buna layiqsən və mən bunu bilməyimə görə şadam! Əlbəttə hərdən özünün də pis yaşamadığını, hər şeyin əla olduğunu göstərmək istəyirsən, çünki sevdiyin insana qarşı sakit və biganə heç vaxt ola bilməzsən. Düzdür, insanlar həyatlarında çatışmayan şeylərdən şikayətlənirlər. Bəzən isə əksinə olur. Hər şey var, amma yenə də nəsə çatmır kimi davranırlar. Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq mümkündür. Sizə nəql etdiyim bu hisslərin hər birini mənim yeni “Randevu” mahnımda eşidə biləcəksiniz”.

Geri qayıt