Əsas Səhifə > Şou-biznes > “Musixmatch” Aygün Kazımovanı tanıdı

“Musixmatch” Aygün Kazımovanı tanıdı


11-09-2017, 10:02
“Musixmatch” Aygün Kazımovanı tanıdı
DİA.AZ: - Xalq artisti Aygün Kazımova yenə də bir ilkə imza atıb.

Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımovanın Musixmatch-daki səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.

DİA.AZ xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsi olan Musixmatch sahibləri dünəndən etibarən A.Kazımovanın hesabında simvolik mavi işarələrini qoyublar. Bununla da sözügedən şəbəkə adminləri Aygün Kazımovanı rəsmən tanıdıqlarını təsdiqlədilər.

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinim "fake", yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür. Onu da xatırladaq ki, bu sayt 60 milyon istifadəçəsi, 14 milyon mahnıları özündə cəmləşdirir.

“Musixmatch” Aygün Kazımovanı tanıdı

Geri qayıt