Əsas Səhifə > Şou-biznes > Renka "Alov qadını" olarsa...

Renka "Alov qadını" olarsa...


11-09-2017, 08:20
Renka "Alov qadını" olarsa...
DİA.AZ: - Bu fotolar haqda hələ çox danışılacaq.

DİA.AZ xəbər verir ki, tanınmış oriyental rəqqasə Renka yeni fotosessiyaya imza edib.

Yenə də tanınmış fotoqraf Pərviz Salıyevin fotokamerası önünə keçən cazibədar rəqqasə, geyimində və dodaq boyasında qırmızı rəngə üstünlük verərək bir-birindən iddialı pozalar verib. Məlumat üçün bildirək ki, qırmızı rəngi sevənlər parlaq olduğu qədər həm də cəsarətlidirlər. Bu rəng "lider olmaq" istəyi daşıyan və bu arzusuna çatan insanların seçimidir. Peşəkar rəqqasənin " Alov qadını " obrazını yaratmış şəkilləri haqda da çox danışılacaq kimi görünür.

Vətənimizin gözəl bölgələrin birində yeni imici ilə fotosessiya etdirən Renka orada baş verənlər haqda danışıb: "Bölgələrin birində fotosessiya etdirdim. İsti və günəşli havada dağların fonda görünməsi üçün çox əziyyətlər çəkdik. Peşəkar komanda ilə çalışmışam".

Belə ki, Renkanın saç düzümü və "make -up"ı üzərində Günay Mustafa çalışıb.

Qeyd edək ki, layihənin prodüseri bacısı Səadətdir.


Renka "Alov qadını" olarsa...
Renka "Alov qadını" olarsa...
Renka "Alov qadını" olarsa...
Renka "Alov qadını" olarsa...
Geri qayıt