Əsas Səhifə > Şou-biznes > Sergey Lazarev, Taylor Swift, Amar Diab və Aygün Kazımova

Sergey Lazarev, Taylor Swift, Amar Diab və Aygün Kazımova


8-09-2017, 17:08
Sergey Lazarev, Taylor Swift, Amar Diab və Aygün Kazımova
DİA.AZ: - Bu şəxsləri bir-birlərinə bağlayan, sözsüz ki, musiqidir.

Bu dəfə isə həmin müğənniləri birləşdirən başqa bir məqam tapılıb.

DİA.AZ xəbər verir ki, xalq artisti Aygün Kazımova yenə də bir ilkə imza atıb.
Azərbaycanın xalq artisti Aygün Kazımovanın "Sus" mahnısı dünyanın ən böyük saytlarından biri olan Lyricstranslate.com-da ən populyar 582,749 mahnı siyahısına düşüb. Mahnı Sergey Lazarev, Taylor Swift, Amar Diabın mahnılarının da yer aldığı siyahıda 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "S.U.S" adlanan mahnının musiqisi Stephane Mgebrishviliyə, sözləri Vüqar Əbdülova, aranjimanı Aleko Berdzenishviliyə məxsusdur.

Ekran işinin rejissoru gürcü Nestan Sinjikashvilidir.

Klipdə pop diva yüngül əxlaqlı qadın obrazını canlandırıb.





Sergey Lazarev, Taylor Swift, Amar Diab və Aygün Kazımova
Geri qayıt