Əsas Səhifə > Şou-biznes > Parodiyaçı Ceyhun Məmmədovdan ŞOK addım:
Parodiyaçı Ceyhun Məmmədovdan ŞOK addım:8-09-2017, 08:31 |
DİA.AZ: - Azərbaycanın populyar parodiyaçı Ceyhun Məmmədov plastik əməliyyat keçirib. DİA.AZ-a açıqlama verən parodyaçıı bildirib ki, özəl klinikaların birində qarının piylərini çıxartdırıb: “Əslində, bu əməliyyat xəbərinin mediaya çıxmasını istəməzdim. Amma nə edək ki, göz qabağında olan insanıq, etdiyimiz hər bir iş, atdığımız hər bir addımdan hər kəsin xəbəri olur. Bəli, bu əməliyyatı çoxdan etdirmək istəyirdim. Amma qorxduğuma görə risk etmirdim. Həvəsdir-bəsdir deyib, əməliyyata girdim. Əməliyyat Bakıda baş tutdu. Məşhur “Real Hospital” xəstəxanasında ümumi və plastik estetik cərrah peşəkar həkim Mübariz Məmmədli tərəfindən həyata keçirilib. Artıq qarın hissəmdə olan piylərdən azad oldum. Əməliyyat olunduğum üçün hələ bir müddət efirlərə çıxmayacam. Arıqlayacam, heç kim məni tanımayacaq. Bütün bu dəyişikliklər yaxın zamanlarda həyata keçiriləcək yeni layihə üçündür. Bir çox insanlar Ceyhunu parodyaçıdan savayı, başqa bir ampulada görəcəklər. Tam fərqli olacam. Yeni görkəmim səs-küyə səbəb olacaq. Hətta bəziləri şoka düşəcək. İnşallah, yeni görkəmdə sevənlərimin qarşısında olacam”. Geri qayıt |