Əsas Səhifə > Şou-biznes > "Bu nə müsəlman qanıdır axır?..."

"Bu nə müsəlman qanıdır axır?..."


6-09-2017, 08:57
"Bu nə müsəlman qanıdır axır?..."
DİA.AZ: - Son günlər Myanmada müsəlmanlara divan tutulması, vəhşicəsinə qətlə yetirilməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Azərbaycanlı məşhurlar da bu hadisələrə biganə qalmayıblar. Onlar sosial media hesablarında paylaşımlar edərək bu vəhşiliyə son qoyulmasını istəyirlər.

Müsəlmanların qanının axıdılmasına etiraz edən məşhurlardan biri də azərbaycanın əsas prodüseri və “Kristal” qrupun rəhbəri Mədinə Məlik olub.

O, bir neçə gündür sözügedən hadisələrdən dolayı gözünə yuxu getmədiyini DİA.AZ-a deyib:

" Gördüyüm bu dəhşət məni çox sarsıdıb. Buna necə susmaq olar? Bu vəhşiliyin adı nədir? Niyə dünya heç nə etmir? Niyə insanlar ayağa qalxmır? Hardadır axı insanlıq?

Bu nə müsəlman qanıdır axır? Uşaqları işgəncə ilə öldürürlər. Rəbbim, özün müsəlmanlara kömək ol. Gecədən səhərədək onlara dua edirəm, desəm, bəlkə də inanmazsınız. Ancaq mən o qədər sarsıntı içərisindəyəm ki...

Bu ağır görüntüləri sosial şəbəkədə paylaşmaq istəməzdim. Amma bəlkə hamımız üsyan etsək, bunun qarşısı alınar”.

Geri qayıt