Əsas Səhifə > Şou-biznes > "Vamp şahzadə" Anar meydan oxudu

"Vamp şahzadə" Anar meydan oxudu


5-09-2017, 08:40
"Vamp şahzadə" Anar meydan oxudu
DİA.AZ: - Tez-tez fərqli obrazlarda görünən "Şanel Anar" ləqəbi ilə tanınan məşhur stilist Anar Məmmədov diqqət mərkəzinə düşüb.

Stilist Anar DİA.AZ-a biri-birindən maraqlı açıqlamalar edərək yeni imicindən danışıb: "Yenilik istədim. Heç kimin etmədiyi bir şey olsun istədim və nəticəsi budur".

Stilist onu dünya məşhurlara meydan oxumasına belə cavab verib: "Əsas odur ki, bunu Azərbaycanda ilk mən etdim. Bundan sonra kim edəcəksə, halal xoşu olsun".

Yeni "vamp şahzadə" imici ilə fotosessiya etdirən Anar çəkilişdə baş verənlər haqda danışıb:

"Maraqlı ideyalar olanda fotosessiya etməyi sevirəm. Düşünürəm ki, bu fotoların da yaradıcılığımda öz yeri olacaq. Ümumiyətlə, son zamanlar yaradıcılığımda sürətlə uğurlar başlayıb, buna görə çalışdığım heyətə, xüsusən fotoqraf Eresmoona və istedadlı maqazin jurnalisti və PR meneceri Eltona təşəkkür edirəm. Elton Hacıyev ilə çalışandan daha rahatam və düşünürəm ki, addımlarımız, layihələrimiz iddialıdır. Bütün bunlar son deyil, qarşıda çox maraqlı sürprizlər var".

Şou qazanını çalxalayacaq açıqlamalar edən stilist özünə rəqib görmədiyini deyib: "Deyirlər, Anarın "qatarı getdi". Onu deyənin mənimlə şəxsi qərəzliyi var. Kim belə düşünürsə çıxsın üzümə desin. Anarın vaxtı hələ indi başlayır. İşlərimlə göz önündəyəm. Mən heç kəslə rəqabətə girmirəm. Bu fotosessiyamda bir başa mesaj var. Getdiyim yolda, mənim iş tərzimdə ruhuma yaxın olan ikinci stilist tanımıram. İş baxımından özümə rəqib görmürəm".

"Vamp şahzadə" Anar meydan oxudu
"Vamp şahzadə" Anar meydan oxudu

Geri qayıt