Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı model Türkiyədə filmə çəkiləcək

Azərbaycanlı model Türkiyədə filmə çəkiləcək


4-09-2017, 08:22
Azərbaycanlı model Türkiyədə filmə çəkiləcək
DİA.AZ: - Şou Prodakşn tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" Gözəllik Yarışmasının 3-cü yerin qalibi tanınmış model, aktrisa Suzanna Belova Türkiyədən yeni filmə və çəkilişlərə dəvət alıb.

DİA.AZ-a açıqlama verən Suzanna Belova bildirdi ki, bir çox filimlərə və çəkilişlərə dəvət alır:"Bu gün mən tanındığım üçün hər kəsə təşəkkür edirəm.Bir çox yerlərdən çəkilişlər üçün dəvət gəlir, çalışıram hamısını dəyərləndirim .Elə vaxt olur ki, dəyərləndirmədiklərim də olur. Bu dəfə qardaş ölkə olan Türkiyədən dəvət gəldi. Mən bu çəkilişi dəyərləndirəcəm. Hələlik izləyicilərim üçün sirr olaraq qalsın, adını açıqlamayacam.Çəkilişlərdən sonra izləyicilərimizə açıqlayacayıq" deyə Suzanna Belova müsahibəsini sona çatdırdı .

Biz də DİA.AZ olaraq modelimizə uğurlar arzulayırıq.

Geri qayıt