Əsas Səhifə > Şou-biznes > "Məni hər obrazda görüblər, amma belə yox"

"Məni hər obrazda görüblər, amma belə yox"


24-08-2017, 08:43
"Məni hər obrazda görüblər, amma belə yox"
DİA.AZ: - "Şanel Anar" ləqəbi ilə tanınan məşhur stilist Anar Məmmədov imicində qeyri-adi dəyişiklik edəcək.

Stilist DİA.AZ-a verilişinə açıqlamasında hər kəsi təəccübləndirəcəyini iddia edib:

"Çox gözlənilməz bir fotosessiya olacaq. Növbəti layihəmlə əlaqədardır. Məni hər obrazda görüblər, amma belə yox. Özüm də o layihənin təqdimatını səbirsizliklə gözləyirəm. Maraqlıdır ki, sevənlərim bu cür Anara necə reaksiya verəcəklər".

Qeyd edək ki, Anar Məmmədova xalq artistləri Nisə Qasımova, Nazpəri Dostəliyeva, müğənnilər Damla, Günay İbrahimli, aşıq Samirə, aktrisa Pərvin Abıyeva kimi məşhurların stilini “yaradıb”. Stilist məşhur “Banu VİP Beauty Studio” gözəllik salonunda çalışır.

Geri qayıt