Əsas Səhifə > Şou-biznes > "Diva Burhan Sultanı seçdim"

"Diva Burhan Sultanı seçdim"


15-08-2017, 08:33
"Diva Burhan Sultanı seçdim"
DİA.AZ: - Lətafət Cəfərova yenidən prodüserlik fəaliyyətinə qayıdır.

DİA.AZ xəbər verir ki, uzun müddətdir ki, PR menecerliq edən L.Cəfərova bundan sonra müğənni Diva Burhan Sultan la çalışacaq. İşbirliyi ilə bağlı məlumat verən prodüser yeni layihələrə imza atacaq:


"Müəyyən səbəblərdən sonra prodüserlik fəaliyyətimi dondurdum. Vaxtım olmurdu. Gərgin iş qrafikimdə elə bir müğənni istəyirdim ki, əməyimə dəyər versin. Çox təkliflər gəlirdi, onlar arasından Diva Burhan Sultanı seçdim. Düşünürəm ki, mən və Burhan Sultan ikimiz birləşib maraqlı işlər ərsəyə gətirəcəyik".

Qeyd edək ki, L.Cəfərova hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldonun (Samir Əliyev) PR meneceridir.

Geri qayıt