Əsas Səhifə > Şou-biznes > "İlk oriyental rəqsini öyrənməsində Aytənin əməyi olub"

"İlk oriyental rəqsini öyrənməsində Aytənin əməyi olub"


13-06-2017, 09:59
"İlk oriyental rəqsini öyrənməsində Aytənin əməyi olub"
DİA.AZ: - Rəqqasə Renka Lider TV-də yayımlanan "100-dən -1-i" verilişində maraqlı açıqlamalar verib.

DİA.AZ xəbər verir ki, proqramda maraqlı söhbət,eləcə də onun ilk oriyental rəqsini öyrənməsində, ilk addımlarını atmasında rəqqasə Aytənin əməyi olmasından danışıb. " Mənim səhnəyə gəlməsində, ilk oriyental rəqsini öyrənməsində Aytənin əməyi olub. Aytən o zaman, söz verdiyi kimi, mənə dəstək olmuşdur. Məsləhəti əsirgəmirdi. Çörək verib. Hər zaman mənə böyüklük eləyirdi. Ona görə də Aytən olan yerdə özümü daha rahat hiss edirdim. Aytəndən xoşum gəlir. Sadəcə Aytənlə mənim arama çox insanlar girdi”.

Qeyd edək ki, övladlarını işdən üstün tutduğunu deyən rəqqasə bir ildən sonra sənətdən gedəcəyini açıqlayıb. Başqa bir işnən məşğul olacağını bildirib.


Geri qayıt