Əsas Səhifə > Şou-biznes > "Türkiyədə yolumu heç kim kəsə bilmirdi"

"Türkiyədə yolumu heç kim kəsə bilmirdi"


8-06-2017, 08:25
"Türkiyədə yolumu heç kim kəsə bilmirdi"
Dəlisov, açıqürəkli, çox əməksevərdir, öz üzərində ciddi çalışır. Türkiyədə ulduzu parlayıb və baş rol eklamlarda tamaşaçılarını şoka salıb. Sadəcə Azərbaycanın istedadlı maqazin jurnalisti, PR meneceri və eks fotomodel Elton Hacıyev Dia..Az-ın "Tet-a- Tet" rubrikasının qonağı olarkən cavablandırıb.

- Necə oldu ki, fotomodel olmaq qərarına gəldin?

- Universitetdə təhsil alarkən mənə həmişə "Niyə model olmursan, sən model olmalısan!" - deyirdilər. Bu sözlər mənə təkan verdi. 2000-ci ildən modelliklə məşğul olmağa başladım. Təbii ki, paralel olaraq, təhsilimi də davam etdirirdim.

- "Best fotomodel" müsabiqəsindən danışardın...

- Dost - tanış məni müsabiqədə iştirak etməyə məcbur edirdi. Amma içimdə özümü hazır hiss etmirdim. 2004-cü ildə Türkiyədə otellərin birində "Best fotomodel of Konaklı Hane hotel" müsabiqəsinin ilk turunda iştirak etdim və mən bu müsabiqədə qalib seçildim. İlk dəfə idi ki, belə bir yarışda yer tutdum və həmin otellin siması oldum.

- Türkiyədə otellərdə tanınmaq üçün nə etmisən?

- Sadəcə tanınmaq üçün çox işləmişəm. Çünki mənim üçün şöhrət əsas deyil, dəyərli olmaq daha önəmlidir. Sevilən və dəyər verilən insan olmaq.

- Türkiyədə bəzi həmkarlarının sənin paxıllığını çəkdiklərini və hər yerdə dalınca danışdıqlarını eşitmisənmi?

- Eşitmişəm. Artıq otelldə işləyən bəzi türklər aəzrbaycanlılara və əcnəbilərə paxıllığ çəkirdilər və çəkirlər.

- Münasibətlərin onlarla niya korlanmışdı?

- Mənim onlarla nə münasibətim var idi ki, korlana da. Mən azərbaycanları nəyə qadir olduğunu sübüt etməyə Türkiyəyə getmişdim.

- Yerli şou - biznes ulduzlarımızdan kimləri orda tanıyırlar?

- Türklər Azərbaycan sənət musiqisini sevirdilər və sevirlər. Əgər sevməsəydilər, bizim musiqimizi oğurlamaq dəb şəklini almazıd. Tam əminliklə deyirəm Türkiyədə 2 il yaşayanda, sorğundan bəlli oldu ki, səhnəmizin divası, xalq artisti Aygün Kazımova və əməkdar artisti Röya Ayxan.

- Türkiyədə özünü sərbəst hiss edirdin?

- Əvvəllər buna fikir verməsəm də, Türkiyədə olan zamanı artıq bunu hiss etməyə başlamışdım.

- Axır zamanlar aktual mövzuya çevirilən "sponsor" barəsində: Türkiyədə sənin də sponsorun olubmu?

- Xeyr sponsorum olmayıb, amma belə təkliflərin gündə yüzünü eşidirdim.

- Həyatınızda var olan üç önəmli fakt?

- Yaşaya bilmək, azad olmaq və sevgidolu olmaq.

- Ən böyük riskin nə olub həyatında?

- İlk dəfə olaraq Azərbaycandan Türkiyəyə gedib işləməyim. Heç ağlıma gəlməzdi ki, mənim səsim bu ölkədən gələcək. Amma şükür, hər şey yaxşı oldu.

- Tutalım, Türkiyədən yenidən sərfəli bir təklif gəlsə, gedərsən?

- Əlbəttə, gedərəm. Çünki orda mənim çox böyük şanslarım olub və indi də var.

- Bir gün yuxudan ayılıb, cavanlığından əsər - əlamət qalmadığını gördükdə, nə edəcəksən?

- Nə edək? Yaşamağa davam edəcəyəm. Məncə, hər yaşın öz gözəlliyi var.

Geri qayıt