Əsas Səhifə > Şou-biznes > Anar idman zalında
Anar idman zalında26-05-2017, 08:11 |
DİA.AZ: - Rusiya şou-biznesini fəth etməyə qərar verən pop star ANAR idman zalında görüntülənib. Müğənni ANAR bu il yaradıcılığına ciddi vaxt ayırdığı kimi, sağlamlığına da diqqət yetirməyə başlayıb. Sağlam həyat tərzinə üstünlük verən müğənni həftənin 5 gününü idman zalında keçirir. dia-az.life-a açıqlamasında bunun çətin olduğunu bildirən müğənni, formada qalmaq üçün təkcə pəhriz saxlamağın düzgün olmadığını, həmçinin, idmanla məşğul olmaq haqqında məlumatı olduğunu bildirib. “Əvvəlcə həftənin 3 günü məşq zalına gedirdim. Bu həftədən həftənin 5 gününü idmanla məşğul oluram. İdman artıq mənim həyatımın demək olar ki, ayrılmaz tərkib hissəsidir. Düzdür, bu zaman alır. Amma əldə etdiyim nəticə buna dəyər”. Müğənni həmçinin yeni mahnılarının qarşıdakı ayda işıq üzü görəcəyi barədə xəbər verib. Qeyd edək ki, pop star ANAR mayın 27-də Rusiyada keçirilən "RU TV 2017" mötəbər mükafat mərasimində iştirak edəcək. Geri qayıt |