Əsas Səhifə > Şou-biznes > “Allah mənə hər şey verib, bircə xoşbəxtlikdən başqa ...”

“Allah mənə hər şey verib, bircə xoşbəxtlikdən başqa ...”

11-05-2017, 08:04
“Allah mənə hər şey verib, bircə xoşbəxtlikdən başqa ...”
DİA.AZ: - Son zamanlar kifayət qədər tanınan yazıçı Fatimə - Vəfa ilk kitabı olan “Qəlb yarası”nı ictimaiyətə təqdim edib. – xəbər verir ki, texnologiyanın sürətlə inkişaf etdiyi bu zəmanədə şairə DİA.AZ-a bildirib ki, bu kitabı qələmlə yazıb:
“Orta məktəb vaxtlarından yazıram. Yazmaq mənim üçün çox önəmlidir. İnsana hava, su, qidalanmaq necə vacibdisə, mənim üçün də yazmaq zərurətdir.
“Qəlb yarası” elə qəlbimin yarasıdır. Bu kitabda oxucu tam olaraq Vəfanın həyatını görməyəcək. Amma müəyyən məqamlar var ki, nə gizlədim orada mən də, varam. Əsərin qəhrəmanı Nazlı adlı xanımdır. Avtobioqrafik səciyyəli bu romanda ata məhəbbəti görməyən, həyatın min bir əzabını yaşayan, tez-tez büdrəsə də, nəhayətdə ayaq üstə dura bilən Nazlı adlı qızın həyat hekayəsidir. Əsərdə ancaq qadın talehləridir, amma əsas mənbə sevgidir. İnanın çox maraqlı kitabdı. Özüm yaza-yaza dəfələrlə göz yaşlarımı saxlaya bilməmişəm. 6 ay məcburiyyətdən internatda qalmışam. Amma anam hər zaman yanımda olub. Xoşbəxtliyi tam olaraq dadmamışam. Düşünürəm Allah mənə hər şey verib, bircə xoşbəxtlikdən başqa ... Amma şükür”.
Kitabın təqdimat mərasimində xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, rəqqas İlham Kərimli, müğənnilər Solmaz Kösayeva, Şəbnəm Qəhrəmanova, Aşıq Pəri məclisinin xanımları, media nümayəndələri, tanınmış yazıçılar, şairlər iştirak edib.
Kitabın redaktoru professor, alim Minəxanım Təkləli, tədbirin təşkilatçısı isə aparıcı, aktrisa Mila Əminə olub.

Geri qayıt