Əsas Səhifə > Şou-biznes > "Sinəm ələ yerləşir, kişi üçün bu bəsdir"

"Sinəm ələ yerləşir, kişi üçün bu bəsdir"


3-03-2017, 10:33
"Sinəm ələ yerləşir, kişi üçün bu bəsdir"
Əməkdar artist Röya Ayxan müsahibə verib.

Sənətçi bu dəfə oğlu Hüseyindən və sənətindən söz açıb.

Bu yaxınlarda "Bayram axşamı" filminin qalası oldu. Murad Dadaşov ikinci filmdə Hüseyni də çəkəcəyini deyib.

- Çəksin, Hüseyn onun oğludur. Deyir ki, mənim kirvəm ulduzdur. Mənim oğlum şöhrətpərəstdir. Xoşlayır ki, onu televizorda göstərsinlər. Dadaşovun "Bayram axşamı" filminin qala gecəsinə də qatıldı. Mən Türkiyədə olduğum üçün gələ bilmədim. Onu da deyim ki, bir çox filmi "Bayram axşamı" bilib getmişəm. Sonradan görmüşəm ki, başqa filmdir.

Oğlunuzu gələcəkdə aktyor kimi görmək istərdiniz?

- Xeyr, aktyor olmasını istəmirəm. Düzdür, yumor hisssi çoxdur. Amma ingilislərin içində olduğu üçün mənasız yumor hissi var, ağzına gələni danışır. Deyirəm bu, onlardandır, bizdən deyil (gülür).

Müsahibələrin birində Hüseyn ingilis dili müəlliməsini çox sevdiyini deyib.

- İki yaşından ingilis dilinə qoymuşam. Dil bilməsi yaxşıdır. Mən dil qavraya bilmədim. Amma çox şükür ki, Hüseyn savadda, yaxşılıq etməkdə atasına oxşayıb. Amma hissiyyatı mənəm.

Siz də filmə çəkilmisiniz. Filmlərdən təklif alırsınız?

- Təklif var. Bir dəfə çəkilmişəm və yaxşı alınmadığına görə qorxuram. Ciddi obraz canlandırmaq istəyirəm. Təbii ki, komediya da olar. Murad mənə təklif etsə çəkilərəm.

“Göndər” klipini çəkəndə mənə "V" yaxalı pencək geyindirmişdilər. O zaman evli idim, çox tərəddüd etdim. Mənə dedilər narahat olma, geyim vulqar görünməyəcək. Klipə baxanda şoka düşdüm, açıq-saçıqlıq gözə çarpmırdı. Gərək açıq-saçıq film çəkəndə də diqqətli olasan. Tamaşaçının gözünü yormayasan.

Azərbaycan səhnəsində hər şey etmişiniz. Bundan sonra nə etmək istəyirsiniz ?

- Xeyr, əslində, görəcəyim böyük işlər qarşıdadır.

Bu gün transparan libas geyinmisiniz. Bu, xeyli cəsarət tələb edir.

- Bir söz deyim, sinəm ələ yerləşir, kişi üçün bu bəsdir. Bəli, sinəm normaldır. Ona görə də konsert və kliplərimdə heç bir problem yaşamadan istədiyim paltarı geyinirəm. (big.az)

Geri qayıt