Əsas Səhifə > Şou-biznes > "Buna görə kənara çəkildim"
"Buna görə kənara çəkildim"24-02-2017, 15:41 |
DİA.AZ: - Modelyer Sakit Abbasov (Sako) uzun fasilədən sonra yenidən qayıdıb. DİA.AZ-ın məlumatına görə, modelyer “Klip+” verilişinə qonaq olub. Sako məşhur “Saknez” moda evinin fəaliyyətinin dayanmasından danışıb. O bildirib ki, şəxsi həyatında olan problemlərə görə sənətdən uzaqlaşıb: “Əvvəl modelyer-dizayner kimi fəaliyyət göstərmişəm. Bu, sırf pul qazanmaq üçün idi. Kütlə nə istəyir, onu hazırlayır, təhvil verirdim. İndi "fashion-dizayner"əm. Ağlımda nə varsa, onu tikirəm və təqdim edirəm. Kütlə arxasınca getmirəm. Müştəri bəyənərsə, alar, bəyənməyəcəksə, mağazamda qalacaq. Bunu qazanc üçün etmirəm. “Saknez” moda evimin ömrü kiçik oldu. 3 ildən sonra bağlandı. Şəxsi problemim var idi. Ayaqda qalmaq, əsəblərimi qorumaq üçün kənara çəkilməliydim". Sako birlikdə çalışdığı tanınmışlardan bəhs edib: "İndiyənə kimi Aygün Kazımova, İlhamə Quliyeva, Nərgiz Cəlilova, Elza Seyidcahan kimi tanınmışlarla işləmişəm. Onlar arasında mənim üçün ən rahatı Aygün Kazımova ilə çalışmaq idi. Ən çox isə Elza Seyidcahanla işbirliyimiz olub. Elza xanımın fikirləri avanqard, qeyri-adi olduğu üçün onunla çalışmaq ağır idi. Bir rəqqasəmizin toy paltarını mən öz üzərimə götürmüşdüm, ödənişsiz hazırlayacaqdım. Çox kapriz etdiyi üçün toya 3 gün qalmış paltarı ona vermədim (rəqqasə Oksana Rəsulova - red.). Məcbur gedib başqa mağazadan paltar götürdü. Hətta bəyin də paltarını mən tikəcəkdim. Aygün xanımın ad günündə bir müğənni mənə yaxınlaşdı ki, səninlə çalışarıq. Yanımızda isə bir stilist dayanmışdı, ona dedi ki, nömrəmi ver Sakoya. Səhəri stilistə zəng edəndə vermədi nömrəni. Həmin müğənni Röya idi. Çox müğənni ilə çalışmışam. Bircə ürəyimdə Röya qaldı". Geri qayıt |