Əsas Səhifə > Şou-biznes > Türkiyədə yaşayan azərbaycanlı müğənninin yeni "sevgilisi"

Türkiyədə yaşayan azərbaycanlı müğənninin yeni "sevgilisi"


16-02-2017, 08:15
Türkiyədə yaşayan azərbaycanlı müğənninin yeni "sevgilisi"
Türkiyədə yaşayan azərbaycanlı müğənni Ezo alış-veriş mərkəzlərindən birində görüntülənib.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, o, jurnalistlərin "Bu il "Sevgililər günü"nü kiminlə keçirdiniz" sualına maraqlı cavab verib.

Belə ki, məşhur aktyor Leonardo Di Kaprionun heykəli olan mərkəzdə Ezo özünü itirməyib və heykəli qucaqlayaraq, deyib:

"İlk dəfə bu günü "Oskar" mükafatçısı ilə birgə keçirdim. Onun yaraşıqlı və xarizmatik olmağı adamı daha çox xoşbəxt edir".

Qeyd edək ki, Ezo Bakıda restoranların birində mahnı oxuyarkən Rafet El Roman tərəfindən dinlənilib və Türkiyəyə aparılıb. İfaçı Rafetlə oxuduğu “Kalbine Sürgün” mahnısı ilə məşhurlaşıb. Bir müddət əvvəl isə Ezo Rafetlə yollarını ayırdığını bildirib.

Geri qayıt