Əsas Səhifə > Şou-biznes > Rus müğənninin niyyəti Anara qismət oldu
Rus müğənninin niyyəti Anara qismət oldu14-02-2017, 07:59 |
DİA.AZ-ın əməkdaşına telefonla Dubaydan məlumat verən pop star ANAR nəhayət ki, gizli saxladığı sürprizi açıqladı. Söhbət Rusiyanın əksər sənətçilərinə - Dima Bilan, Soqdiana, Maksim və başqalarına mahnılar bəstələmiş bəstəkar Aleksandr Sokolovla olan işbirliyindən gedir: "Bəli, zamanı yetişdiyi üçün çalışdığım prodüser mərkəzinin izni ilə rus dilində ifa etdiyim "Не со мной” adlı mahnım haqqında ürəkdolusu indi danışıram. Bakıda olduğum vaxtlarda qısa məlumat verib demişdim ki, Aleksandr Sokolov bu mahnını Soqdiananın oxuması üçün hazırlamışdı. Amma onun niyyəti olsa da, qismət mənim payıma düşdü. Ritmik notlar üzərində olan mahnımdan çox böyük uğurlar gözləyirəm. İnanın, həqiqətən, çəkdiyimiz zəhmətin, işimizin bəhrə verdiyini görmək çox sevindiricidir. İnşallah, Rusiyada uğurlu promouşnım davan etməkdədir. Azərbaycana nə zaman qayıdacağımı hələ ki, bilmirəm", - ANAR belə dedi. Məlumat üçün bildirək ki, pop star ANAR "Youtube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “ELLO ELLO” ilə iş birliyi qurub. İfaçının yeni "Не со мной” klipi sözügedən kanalda təqdim olunub. Kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Fillip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur. Geri qayıt |